» » Saatlıda gecə saatlarında işləyən çayxana aşkarlanıb


Saatlıda gecə saatlarında işləyən çayxana aşkarlanıb

16-04-2021, 10:37
Çap et
Saatlıda gecə saatlarında işləyən çayxana aşkarlanıb Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən karantin rejimi qaydalarının pozulması hallarının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan erilən məlumata görə, Saatlı RPŞ-nin əməkdaşları rayon ərazisində sanitar-epidemioloji normaları pozaraq gecə saatlarında fəaliyyət göstərən çayxana aşkarlayıblar.
Polis əməkdaşları tərəfindən pozuntu halının qarşısı alınıb, çayxananın sahibi barəsində inzibati qaydada protokol tərtib edilib.
Reytinq: