» » Yevlaxda ikimərtəbəli ərzaq mağazası yanıb


Yevlaxda ikimərtəbəli ərzaq mağazası yanıb

19-04-2021, 09:37
Çap et
Yevlaxda ikimərtəbəli ərzaq mağazası yanıb Yevlax şəhərində hər mərtəbəsi 650 m² olan ikimərtəbəli ərzaq mağazasının ikinci mərtəbəsinin yanar konstruksiyaları 56 m² sahədə yanıb.
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Nazirliyin Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən həyata keçirilən operativ və təxirəsalınmaz tədbirlər nəticəsində yanğının geniş əraziyə yayılmasının qarşısı alınıb.
Mağazanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın söndürülüb.
Reytinq: