» » Cəmşid Naxçıvanski adına hərbi liseyin 50 illik yubileyi münasibətilə silsilə tədbirlərə start verilib


Cəmşid Naxçıvanski adına hərbi liseyin 50 illik yubileyi münasibətilə silsilə tədbirlərə start verilib

20-04-2021, 08:49
Çap et
Cəmşid Naxçıvanski adına hərbi liseyin 50 illik yubileyi münasibətilə silsilə tədbirlərə start verilib Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin 2021-ci il 14 aprel tarixli Cəmşid Naxçıvanski adına hərbi liseyin 50 illik yubileyinin qeyd edilməsi haqqında Sərəncamının icrası ilə əlaqədar müdafiə naziri tərəfindən tədbirlər planı imzalanıb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, plana əsasən bu gündən etibarən müxtəlif qoşun növləri, birlik, birləşmə və xüsusi təyinatlı təhsil müəssisələrində Cəmşid Naxçıvanski adına Hərbi Liseyin 50 illik yubileyinin qeyd edilməsi ilə əlaqədar silsilə tədbirlərə start verilib.
Reytinq: