» » Zəfər yolu bu ilin sentyabrında istifadəyə veriləcək


Zəfər yolu bu ilin sentyabrında istifadəyə veriləcək

6-05-2021, 12:42
Çap et
Zəfər yolu bu ilin sentyabrında istifadəyə veriləcək Şuşa şəhərinə çəkilən Zəfər yolu bu ilin sentyabrında istifadəyə veriləcək.
Bu barədə "Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Anar Nəcəfli deyib.
Onun sözlərinə görə, Azərbaycan Ordusunun şanlı qələbəsindən 6 gün sonra yolun tikintisinə başlanıldı: "Hazırda ərazidə fasiləsiz olaraq tikinti işləri davam etdirilir. 101 kilometr uzunluğa malik yol 4 və 6 hərəkət zolaqlı olacaq. Yol bu ilin sentyabr ayınadək asfaltlanaraq tam istifadəyə veriləcək.
Yolda 4 körpü, 10 yeraltı keçid, bundan başqa su ötürücüləri olacaq".
Reytinq: