“Avroviziya -2021” mahnı müsabiqəsinin ikinci finalçıları müəyyənləşib21-05-2021, 05:55
Çap et ![]() Müsabiqənin ikinci yarımfinalında Estoniya, Çexiya, San-Marino, Avstriya, Yunanıstan, İslandiya, Polşa, Moldova, Serbiya, Gürcüstan, Albaniya, Portuqaliya, Bolqarıstan, Finlandiya, Latviya, İsveçrə və Danimarka çıxış edib. İfaların hamısı dinlənildikdən sonra mahnı müsabiqəsinin ikinci yarımfinalında səsvermə keçirilib. Səsvermənin nəticələrinə əsasən Albaniya, Serbiya, Bolqarıstan, Moldova, Portuqaliya, İslandiya, San-Marino, İsveçrə, Yunanıstan və Finlandiya ikinci yarımfinal mərhələsindən final mərhələsinə çıxıb. Final mərhələsində ümumilikdə Azərbaycan, İsrail, İsveç, Rusiya, Norveç, Malta, Serbiya, Litva, Kipr, Ukrayna, Belçika, Bolqarıstan, Albaniya, Moldova, Portuqaliya, İslandiya, San-Marino, İsveçrə, Finlandiya və Yunanıstan təmsilçiləri çıxış edəcək. Qeyd edək ki, müsabiqənin final yarışması mayın 22-də keçiriləcək. Reytinq:
|
Son xəbər
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|