» » AMEA Milli Azərbaycan Tarixi Muzeyində Ustad dərslərə start verilib


AMEA Milli Azərbaycan Tarixi Muzeyində Ustad dərslərə start verilib

21-05-2021, 16:00
Çap et
AMEA Milli Azərbaycan Tarixi Muzeyində Ustad dərslərə start verilib 20 may tarixində Milli Azərbaycan Tarixi Muzeyində ilk dəfə “Ustad dərslər” layihəsi çərçivəsində uşaqlar üçün intellektual tədbir keçirilib. Beynəlxalq Muzeylər Günü həftəsi və “Nizami ili” elan edilməsi münasibətilə “Nizami Gəncəvi yaradıcılığı uşaqların gözü ilə” adlı proqram muzeyin Elmi-kütləvi iş və təhsil şöbəsi tərəfindən təşkil olunub. Muzeylər təhsilin əvəzolunmaz hissəsidir. Tədbir azyaşlı məktəblilərin bacarıqlarını üzə çıxartmaq, maarifləndirmək, onların intellektual səviyyələrini artırmaq məqsədini daşıyır.
Tədbirdə muzey əməkdaşları Aynur Babayeva, t.ü.f.d. Nasir Quluzadə uşaqlara Nizami Gəncəvinin həyat, yaradıcılığı və onun yaşadığı dövrü ilə bağlı muzey eksponatları haqqında ətraflı məlumat veriblər. Bu məlumatlar onlar üçün Azərbaycan tarixinə, Nizami Gəncəvi dövrü və yaradıcılığına əyani baxış olub. Uşaqlar tarixi hadisələr, o dövrün əşyaları arasında əlaqə qurmağa çalışmış və bu, onların tarixi məlumatlarını daha yaxşı mənimsəməsinə kömək etmişdir. Tədbirdə məktəblilər kitablarda oxuduqları tarixi dövrlərdə istifadə olunan əşyaları real görmək imkanına sahib olublar. Uşaqlarla həmçinin sual-cavab viktorina keçirilmiş və qaliblərə muzeyin kataloqu hədiyyə olunmuşdur.
Ustad dərsi tədbirdə onlar XII əsrə aid muzey eksponatları əsasında rəssamın iştirakı ilə rəsm əsəri çəkməyi öyrənib və öz bacarıqlarını nümayiş etdirmişlər. Bu onların istedad və bacarıqlarını daha da təkmilləşdirməkdə əhəmiyyətli rol oynayıb.
Sonra uşaqlara H.Z.Tağıyevin memorial muzeyinə ekskursiya aparılıb. Sonda iştirakçılar muzeyin Baş direktoru, akademik Nailə Vəlixanlı tərəfindən sertifikatlarla təltif olunub və foto-şəkil çəkilib.
“Ustad dərslər” layihəsi müxtəlif mövzularda mütəmadi keçirilməsi nəzərdə tutulub.
AMEA Milli Azərbaycan Tarixi Muzeyində Ustad dərslərə start verilibAMEA Milli Azərbaycan Tarixi Muzeyində Ustad dərslərə start verilibAMEA Milli Azərbaycan Tarixi Muzeyində Ustad dərslərə start verilibAMEA Milli Azərbaycan Tarixi Muzeyində Ustad dərslərə start verilibAMEA Milli Azərbaycan Tarixi Muzeyində Ustad dərslərə start verilib
Reytinq: