» » "Toyota" və "Honda" Malayziyada avtomobil istehsalını dayandırıblar


"Toyota" və "Honda" Malayziyada avtomobil istehsalını dayandırıblar

1-06-2021, 08:44
Çap et
"Toyota" və "Honda" Malayziyada avtomobil istehsalını dayandırıblar Yaponiyanın "Toyota" və "Honda" avtomobil istehsalçıları Malayziyada koronavirusla əlaqədar qüvvəyə minən məhdudiyyətlər səbəbiylə bu ölkədə avtomobil istehsalını və satışını dayandırıblar.
Bu barədə "Nikkei" qəzeti məlumat yayıb.
Məlumata əsasən, "Toyota" və "Honda" şirkətlərinin hər birinin Malayziyada iki zavodu var. Ölkədə tətbiq edilən yeni məhdudiyyətlərə əsasən şirkətlər işçi heyətinin maksimum 10 faizini işlədə bilir, bu isə zavodların adi rejimdə işləməsini qeyri-mümkün edib.
Reytinq: