» » Qırğızıstan Tacikistan ilə sərhəddə vəziyyətin kəskinləşməsi səbəbindən tədbirləri gücləndirib


Qırğızıstan Tacikistan ilə sərhəddə vəziyyətin kəskinləşməsi səbəbindən tədbirləri gücləndirib

4-06-2021, 10:55
Çap et
Qırğızıstan Tacikistan ilə sərhəddə vəziyyətin kəskinləşməsi səbəbindən tədbirləri gücləndirib Qırğızıstanın Tacikistanla sərhəddə yerləşən Sərhəd Xidmətinin bölmələri gücləndirilmiş xidmət rejiminə keçiblər.
"TASS"ın verdiyi məlumata görə, bu barədə Qırğızıstanın Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsinin Sərhəd Xidmətindən bildiriblər.
Məlumata əsasən, Sərhəd Xidmətinin bölmələrinin gücləndirilmiş xidmət rejiminə keçməsi dövlət sərhədinin Qırğızıstan-Tacikistan hissəsində yaranan gərginliklə əlaqəlidir.
Xatırladaq ki, aprel və may aylarında iki dövlətin hərbi heyətləri arasında sərhəddə silahlı qarşıdurmalar yaşaşıb və nəticədə hər iki tərəfdən onlarla insan ölüb.
Reytinq: