» » "Şahdəniz" "Cənub Qaz Dəhlizi" üzv ölkələrinin qaz tələbatını iki dəfədən artıq ödəyəcək


"Şahdəniz" "Cənub Qaz Dəhlizi" üzv ölkələrinin qaz tələbatını iki dəfədən artıq ödəyəcək

4-06-2021, 10:58
Çap et
"Şahdəniz" "Cənub Qaz Dəhlizi" üzv ölkələrinin qaz tələbatını iki dəfədən artıq ödəyəcək "Şahdəniz" qaz-kondensat yatağında hasilat pik nöqtəyə çatandan sonra, "Cənub Qaz Dəhlizi" boyunca yerləşən ölkələrin hər birinin tələbatının iki dəfədən artıq ödənilməsi üçün kifayət qədər təbii qaz tədarük olunacaq.
Trend bu barədə layihənin operatoru BP şirkətinə istinadən məlumat verir.
Qeyd edək ki, Qeyd edək ki, Şahdəniz yatağı üzrə Hasilatın Pay Bölgüsü haqqında Saziş (HPBS) iyirmi beş il bundan əvvəl, 4 iyun 1996-cı il tarixində Bakıda SOCAR və xarici şirkətlərin konsorsiumu arasında imzalanmış və Milli Məclis tərəfindən ratifikasiya edilərək həmin ilin 17 oktyabr tarixində qüvvəyə minib.
Mövcud "Şahdəniz" qurğularının hasilat gücü hazırda gündə 56 milyon (ildə 20 milyarddan artıq) standart kubmetrdir.
Reytinq: