» » Azərbaycan qazını daşıyacaq layihənin gecikməsinə görə külli miqdarda cərimə tətbiq oluna bilər


Azərbaycan qazını daşıyacaq layihənin gecikməsinə görə külli miqdarda cərimə tətbiq oluna bilər

18-06-2021, 09:39
Çap et
Azərbaycan qazını daşıyacaq layihənin gecikməsinə görə külli miqdarda cərimə tətbiq oluna bilər Bolqarıstan Yunanıstan-Bolqarıstan interkonnektorunun (IGB) tikintisi üzrə podratçı müəssisə olan Yunanıstanın J&P AVAX şirkətinə xəbərdarlıq məktubu göndərib.
Bunu Bolqarıstanın energetika naziri Andrey Jivkov deyib.
O bildirib ki, tikintinin başa çatması ilə bağlı razılaşdırılmış müddətə əməl olunmayacağı təqdirdə cərimə tətbiq olunacaq:
"Bunun baş verəcəyi təqdirdə Bolqarıstan tərəfi ləngimənin hər bir günü üçün 90 min avro məbləğində cərimənin tətbiq olunmasına başlayacaq. Bu xəbərdarlığın qeyd olunduğu məktub J&P AVAX şirkətinə göndərilib".
Qeyd edək ki, Azərbaycan qazının Bolqarıstana nəqlini nəzərdə tutan Yunanıstan-Bolqarıstan interkonnektoru tikinti mərhələsindədir və tikintinin 2021-ci ilin sonunadək başa çatması planlaşdırılır.

(Tərcümə: Orxan Nəbiyev)
Reytinq: