» » ABŞ ordusu Əfqanıstandan müəyyən edilmiş vaxtda çıxarılacaq


ABŞ ordusu Əfqanıstandan müəyyən edilmiş vaxtda çıxarılacaq

22-06-2021, 09:24
Çap et
ABŞ ordusu Əfqanıstandan müəyyən edilmiş vaxtda çıxarılacaq Amerika hərbi kontingenti vaxtında Əfqanıstandan çıxarılacaq və bu ölkədəki mövcud vəziyyət plana təsir göstərməyəcək.
Bu barədə Pentaqonun mətbuat katibi Con Kirbi deyib.
O, Əfqanıstandakı daim dəyişən vəziyyətin fonunda ABŞ ordusunun çıxarılmaıs planlarında dəyişikliklər barədə verilən suala cavab olaraq bildirib: "İki şey dəyişməz olaraq qalır. Birincisi, diplomatik protokollara riayət etmək üçün qalan birliklərdən başqa bütün ABŞ qoşunlarının Əfqanıstandan çıxarılmasını başa çatdıracağıq. İkincisi, bu, [ABŞ qoşunlarının Əfqanıstandan çıxarılması] sentyabr ayının əvvəlində ediləcək".
Reytinq: