» » Erməni xalqı ölkənin inkişafının yalnız Azərbaycanla münasibətlərin bərpası sayəsində mümkünlüyünü başa düşür - Rusiyalı politoloq


Erməni xalqı ölkənin inkişafının yalnız Azərbaycanla münasibətlərin bərpası sayəsində mümkünlüyünü başa düşür - Rusiyalı politoloq

23-06-2021, 09:39
Çap et
Erməni xalqı ölkənin inkişafının yalnız Azərbaycanla münasibətlərin bərpası sayəsində mümkünlüyünü başa düşür - Rusiyalı politoloq Erməni xalqı ölkənin inkişafının yalnız Azərbaycanla münasibətlərin bərpası sayəsində mümkün olduğunu başa düşür.
Bu barədə politoloq, Rusiya Siyasi Araşdırmalar İnstitutunun direktor müavini Darya Qrevtsova bildirib.
Politoloq bildirib ki, müharibədəki ciddi məğlubiyyətə baxmayaraq, Paşinyan yenə də seçkilərdə qalib gəlib, çünki Ermənistan xalqı artıq müharibə istəmir:
"O, kommunikasiyanı bərpa etmək, inkişafı istəyir və çoxları bunun yalnız Azərbaycanla birgə işləmək və əlaqələri bərpa etməklə mümkün olduğunu başa düşür. Xalq həm Koçaryan, həm də Sarkisyan tərəfindən təcəssüm etdirilən müharibənin əleyhinə səs verib. Xalq yeni dəyişikliklər və daha yaxşı bir həyat istəyir. Xalq yeni dəyişiklər və daha yaxşı həyat istəyir.
Gərginlik səviyyəsinin kifayət qədər yüksək olmasına baxmayaraq, partiya və Paşinyan özü səslərin əksəriyyətini, yəni 54 faizini toplayaraq liderliyini ələ aldı və 20 faizlə rəqibi Robert Koçaryanı geridə buraxıb. Təbii ki, bu qədər böyük fərq Ermənistanın özündə də hadisələrin bundan sponrakı inkişafına təsir göstərəcəkdir".
Onun sözlərinə görə, Ermənistandakı seçkilərin nəticələri Robert Koçaryanın "Qarabağ klanı"nı təmsil edərək müharibəyə çağıran bütün revanşistlər və radikal ünsürlərin azlıqda olduqlarını nümayiş etdirib:
"Erməni xalqı heç bir inqilab, dəyişiklik və seçki nəticələrinə yenidən baxılmasını istəmir, əksinə öz dövlətinin xeyrinə bundan sonraki fəaliyyəti və inkişafı istəyir".
Reytinq: