» » İyunun 28-də avtobuslar işləyəcək? - BNA-dan AÇIQLAMA


İyunun 28-də avtobuslar işləyəcək? - BNA-dan AÇIQLAMA

25-06-2021, 09:15
Çap et
İyunun 28-də avtobuslar işləyəcək? - BNA-dan AÇIQLAMA Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” qərarına əsasən 26 iyun saat 00:00-dan 28 iyun saat 06:00-dək Bakı şəhərində müntəzəm sərnişindaşımaları dayandırılacaq.
Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, məlum olduğu kimi 26 iyun Silahlı Qüvvələr günü şənbə gününə təsadüf etdiyindən 28 iyun bazar ertəsi günü qeyri-iş günü hesab edilir.
Lakin Nazirlər Kabinetinin müvafiq qərarında da göstərildiyi kimi 28 iyun saat 06:00-dan müntəzəm sərnişindaşımaları adi rejimdə icra ediləcək.
Reytinq: