» » Mobil ötürücü stansiyalar təbiətə zərər vurur? - Nazirlikdən açıqlama


Mobil ötürücü stansiyalar təbiətə zərər vurur? - Nazirlikdən açıqlama

6-07-2021, 09:54
Çap et
Mobil ötürücü stansiyalar təbiətə zərər vurur? - Nazirlikdən açıqlama Mobil radiobaza ötürücü stansiyalarının heç birində şüalanma ağacların məhv olmasına gətirib çıxaracaq qədər yüksək deyil.
Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə deyib.
Onun sözlərinə görə, təbii ki, ən kiçik elektrik transformatorlarının ətrafında belə müəyyən dərəcədə radiasiya var. Lakin bu şüalanmaların hamısı kiçik bir ərazi ilə məhdudlaşır:
"Bir müddət əvvəl yaşayış binalarının üzərində quraşdırılan ötürücü-qəbuledici stansiyaların da zərərli olduğu barədə məlumat yayılmışdı. Lakin bunların heç bir qorxusu yoxdur. Ağacların quruması təbii faktorlardan qaynaqlana bilər. Antenaların bir neçə yüz metr məsafədə olan ağaclara mənfi təsir etdiyini müəyyənləşdirməmişik".
Reytinq: