» » Taliblər Əfqanıstanın İranla sərhədindəki nəzarət-buraxılış məntəqəsini ələ keçiriblər


Taliblər Əfqanıstanın İranla sərhədindəki nəzarət-buraxılış məntəqəsini ələ keçiriblər

9-07-2021, 10:11
Çap et
Taliblər Əfqanıstanın İranla sərhədindəki nəzarət-buraxılış məntəqəsini ələ keçiriblər "Taliban" radikal hərəkatının üzvləri Əfqanıstanın İranla sərhədindəki nəzarət-buraxılış məntəqəsini ələ keçiriblər.
"Associated Press" nin verdiyi məlumata görə, bu barədə özünün "Twitter" səhifəsində "Taliban"ın nümayəndəsi yazıb.
Qeyd edək ki, sözügedən nəzarət-buraxılış məntəqəsi Herat əyalətinin İslam Qala şəhərində yerləşir.
İran KİV-ləri, öz nəvbələrində, bildirirlər ki, şəhərdəki Əfqanıstan hərbçiləri mövqelərini tərk edərək sığınacaq üçün İrana üz tutublar.
Xatırladaq ki, daha əvvəl "Taliban" üzvləri Əfqanıstanın Tacikistan və Özbəkistanla sərhədi yaxınlığındakı mövqeləri də ələ keçirib.
Reytinq: