» » Ermənilər bu gecə Şuşanı atəşə tutdu


Ermənilər bu gecə Şuşanı atəşə tutdu

15-07-2021, 09:55
Çap et
Ermənilər bu gecə Şuşanı atəşə tutdu İyulun 15-i gecə saatlarında Azərbaycan Ordusunun Şuşa şəhəri ətrafındakı mövqeləri atıcı silahlardan atəşə tutulub.
Müdafiə Nazirliyindən verilən məlumata görə, atəş, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələri tərəfindən açılıb. Qarşı tərəfin susdurulması məqsədilə cavab atəşi açılıb.
Azərbaycan Ordusunun şəxsi heyəti arasında həlak olan və yaralanan yoxdur.
Reytinq: