» » Rayonlara gedənlərə ŞAD XƏBƏR: gecə reysləri bərpa edildi


Rayonlara gedənlərə ŞAD XƏBƏR: gecə reysləri bərpa edildi

15-07-2021, 10:07
Çap et
Rayonlara gedənlərə ŞAD XƏBƏR: gecə reysləri bərpa edildi Bu gündən etibarən şəhərlərarası (rayonlararası) sərnişindaşıma üzrə gecə reysləri bərpa edilir.
Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən verilən xəbərə görə, daşıyıcı şirkətlərin və sərnişinlərin çoxsaylı müraciətini nəzərə alaraq, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında DANX-ın qərarı əsasında bu gündən etibarən sərnişinlər bərpa olunan gecə reysləri üzrə Qırmızı Körpü və Şəki istiqamətində səfər edə biləcək.
Qırmızı Körpü istiqamətinə gecə reysləri dörd marşrut xətti üzrə, Şəki istiqamətinə isə iki marşrut xətti üzrə hərəkətdə olacaq.
Biletləri Bakı Beynəlxalq Avtovağzal Kompleksindən və aidiyyəti üzrə region kassalarından əldə etmək mümkündür.
Qeyd edək ki, Xüsusi karantin rejiminin gücləndirilməsi ilə əlaqədar olaraq şəhərlərarası (rayonlararası) gecə reysləri 2019-cu ilin mart ayından fəaliyyət göstərmirdi.
Reytinq: