» » Ronaldo “Yuventus”dan gedir? – vitse-prezidentdən CAVAB


Ronaldo “Yuventus”dan gedir? – vitse-prezidentdən CAVAB

15-07-2021, 10:16
Çap et
Ronaldo “Yuventus”dan gedir? – vitse-prezidentdən CAVAB “Yuventus”un vitse-prezidenti Pavel Nedved hücumçu Kriştiano Ronaldonun klubdan ayrılma ehtimalı ilə bağlı yayılan söz-söhbətlərə aydınlıq gətirib.
Nedved portuqaliyalı superulduzun başqa komandaya keçmək istədiyini onlara bildirmədiyini deyib.
O, 36 yaşlı forvardın düşərgəyə qoşulmasını gözləyir: “Ronaldonun nə özü, nə də ətrafından biri bizə ayrılmaq istədiyini deyib. Mən onu “Yuventus”da gözləyirəm. İyulun 25-də istirahətdən qayıtmasını gözləyirik”.
Qeyd edək ki, 2018-ci ildən “Yuventus”un formasını geyinən Kriştiano Ronaldonun müqavilə müddəti gələn ilin yayına qədərdir.
Reytinq: