» » ABŞ Haiti prezidentinə hücum edən hərbçiləri hazırladığını təsdiqlədi


ABŞ Haiti prezidentinə hücum edən hərbçiləri hazırladığını təsdiqlədi

16-07-2021, 09:01
Çap et
ABŞ Haiti prezidentinə hücum edən hərbçiləri hazırladığını təsdiqlədi Haiti prezidenti Jovenel Moizin qətlində iştirak edən kolumbiyalı hərbçılərin bir hissəsi daha əvvəl ABŞ silahlı qüvvələri tərəfindən hazırlanıblar.
TASS-a istinadən xəbər veririk ki, bunu ABŞ-ın Müdafiə Nazirliyi təsdiqləyib.
"Xarici hərbi təlimlərə dair məlumat bazalarımızın araşdırılması göstərir ki, mövcud istintaq çərçivəsində saxlanılan bir neçə Kolumbiya vətəndaşı ölkələrinin Silahlı Qüvvələrində həqiqi xidmətdə olarkən ABŞ-ın təlim proqramlarında iştirak ediblər", - Pentaqonun rəsmi nümayəndəsi polkovnik Ken Hoffman deyib.
Onun sözlərinə görə, ABŞ Müdafiə Nazirliyi araşdırmaları davam etdirir.
Xatırladaq ki, Haiti prezidenti Jovenel Moiz iyulun 7-nə keçən gecə öz iqamətgahında öldürülüb. Qətllə əlaqədar 18 kolumbiyalı və iki haitili məşəli amerikalı olmaqla 23 nəfər həbs edilib.
Reytinq: