» » Azərbaycan Türkiyədən avtomobil idxalını təxminən 20% azaldıb


Azərbaycan Türkiyədən avtomobil idxalını təxminən 20% azaldıb

17-07-2021, 08:38
Çap et
Azərbaycan Türkiyədən avtomobil idxalını təxminən 20% azaldıb 2021-ci ilin yanvar-may aylarında Türkiyədən Azərbaycana avtomobil ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 18,2 faiz azalıb və 33,853 milyon dollar təşkil edib.
Bu barədə Türkiyənin Ticarət Nazirliyindən bildiriblər.
May ayında Türkiyə Azərbaycana 6,318 milyon dollarlıq avtomobil ixrac edib, bu isə 2020-ci ilin eyni ayına nisbətən 45,9 faiz daha azdır.
Türkiyə ümumilikdə yanvar-may aylarında avtomobil ixracını keçən ilin eyni dövrünə nisbətən 37,1 faiz artırıb və 12,033 milyard dollarlıq avtomobil ixrac edib.
May ayında Türkiyə 1,881 milyard dollar dəyərində avtomobil ixrac edib ki, bu da 2020-ci ilin eyni ayına nisbətən 56,5 faiz daha çoxdur.
Son 12 ayda (2020-ci il may - 2021-ci il may) Türkiyə 28,803 milyard dollarlıq avtomobil ixrac edib.
Reytinq: