» » Hemilton F1 Böyük Britaniya Qran Prisində sprint yarışlarının təsnifatının qalibi olub


Hemilton F1 Böyük Britaniya Qran Prisində sprint yarışlarının təsnifatının qalibi olub

17-07-2021, 08:48
Çap et
Hemilton F1 Böyük Britaniya Qran Prisində sprint yarışlarının təsnifatının qalibi olub "Mercedes" komandasının britaniyalı pilotu Lyuis Hemilton "Formula-1" üzrə Böyük Britaniya Qran Prisində sprint yarışlarının təsnifatının qalibi olub.
Təsnifatı ikinci yerdə "Red Bull" komandasının niderlandlı pilotu Maks Ferstappen, üçüncü yerdə isə "Mercedes" komandasının finlandiyalı pilotu Valtteri Bottas başa vurub.
Sprint yarışlarının təsnifatı "Formula-1"də ilk dəfə keçirilir. Sprint yarışları şənbə günü saat 19:00-da başlayacaq. Sprint yarışlarının yekunları üzrə bazar günü saat 18:00-da keçiriləcək əsas yarışda pilotların yerləşri müəyyənləşəcək.
Reytinq: