» » Ağstafanın Böyük Kəsik–Ağgöl avtomobil yolunun tikintisi ilə bağlı vəsait ayrıldı - SƏRƏNCAM


Ağstafanın Böyük Kəsik–Ağgöl avtomobil yolunun tikintisi ilə bağlı vəsait ayrıldı - SƏRƏNCAM

2-08-2021, 14:57
Çap et
Ağstafanın Böyük Kəsik–Ağgöl avtomobil yolunun tikintisi ilə bağlı vəsait ayrıldı - SƏRƏNCAM Prezident İlham Əliyev Ağstafa rayonunun Böyük Kəsik–Ağgöl avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Sərəncam verib.
Sərəncamda deyilir:
- İki min nəfər əhalinin yaşadığı 2 yaşayış məntəqəsini birləşdirən Böyük Kəsik–Ağgöl avtomobil yolunun tikintisi məqsədilə “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.1.14-cü yarımbəndində göstərilmiş məbləğin 2,2 milyon (iki milyon iki yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılsın.
- Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.
- Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
Reytinq: