» » Yenə döyüşə getməyə hazıram - Ayağını itirən Qarabağ qazisi


Yenə döyüşə getməyə hazıram - Ayağını itirən Qarabağ qazisi

3-08-2021, 09:47
Çap et
Yenə döyüşə getməyə hazıram - Ayağını itirən Qarabağ qazisi Azərbaycanın Zəfəri ilə başa çatan 44 günlük Vətən Müharibəsinin iştirakçısı Binnət Eyvazlı döyüşlərdə ağır yaralanaraq bir ayağını itirsə də yenə döyüşə hazır olduğunu bildirir.
B.Eyvazlı Trend-in Qarabağ bürosunun əməkdaşları ilə söhbətində "Vətənpərvərlik içimizdən gəlir" dəyərək keçdiyi döyüş yolundan bəhs edib. Beyləqan rayonunun Birinci Aşıqlı kəndində anadan olan Qarabağ qazisi 2020-ci il sentyabrın 27-də Azərbaycanın ərazi bütövlüyü uğrunda başlanan döyüşlərə qatılıb. Elə həmin gün qolundan qəlpə yarası alsa da döyüşə davam edib: "Qolumdan yaralandım, amma geri qayıtmadım, yaramı sarıyıb irəli getdim. Növbəti dəfə isə minaya düşdüm, ayağımı itiridim, daha sonra yanımıza mərmi düşdü. Gözümü açanda artıq xəstəxanada idim".
B.Eyvazlı xüsusilə vurğulayıb ki, müharibə zamanı döyüş yoldaşları daim irəli getməyə can atıb, bir gün də olsun geri çəkilməyiblər: "Hamı qəhrəmancasına döyüşürdü, heç kimin gözündə qorxu yox idi. Çünki biz öz tarixi torpağımız uğrunda, haqq-ədalət yolunda vuruşurduq".
Qarabağ qazisi onu da əlavə edib ki, Azərbaycan dövləti həmişə qazilərin, müharibə veteranlarının yanında olub, onlara diqqət və qayğı göstərib. İstər yaralandığı zaman, istərsə də son aylarda lazım olan müalicə və müayinələri keçib.
Reytinq: