» » Meşə yanğınları ilə əlaqədar göstərdiyi dəstəyə görə Prezident İlham Əliyevə təşəkkür edirəm - Ərdoğan


Meşə yanğınları ilə əlaqədar göstərdiyi dəstəyə görə Prezident İlham Əliyevə təşəkkür edirəm - Ərdoğan

4-08-2021, 14:16
Çap et
Meşə yanğınları ilə əlaqədar göstərdiyi dəstəyə görə Prezident İlham Əliyevə təşəkkür edirəm - Ərdoğan Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan ölkəsində baş verən meşə yanğınları ilə mübarizədə onlara dəstək verən bütün ölkələrə və təşkilatlara təşəkkürünü bildirib.
Sosial media hesabı vasitəsilə fikirlərini ifadə edən Prezident Ərdoğan deyib: “Türkiyədəki meşə yanğınları ilə mübarizəmizə dəstək verən, başsağlığı göndərən, kömək etməyə hazır olduqlarını bildirən və yardım göndərən bütün dost ölkələrə və təşkilatlara millətim adından təşəkkür edirəm”.
Bu çətin dövrü ən qısa zamanda geridə qoyacaqlarını bildirən Rəcəb Tayyib Ərdoğan bildirib: “İlk andan etibarən göstərdikləri dəstəyə görə xüsusilə Azərbaycan Prezidentinə, əziz dostum İlham Əliyevə, Rusiya Prezidenti Vladimir Putinə və İspaniyanın Baş naziri Pedro Sançesə ölkəm adından təşəkkürümü bildirirəm. Güclü həmrəyliyinə görə qonşumuz İran Prezidenti İbrahim Rəisiyə, Qətər Əmiri Şeyx Təmimə, Xorvatiya Prezidenti Zoran Milanoviçə və Ukrayna Prezidenti Vladimir Zelenskiyə təşəkkürümü bildirirəm”.
Reytinq: