Heqiqet.Az » gundem » “Ermənilər bizimlə oyun oynayır, dəhliz mütləq açılmalıdır” - ŞƏRH


“Ermənilər bizimlə oyun oynayır, dəhliz mütləq açılmalıdır” - ŞƏRH

24-08-2021, 07:30
Çap et
“Ermənilər bizimlə oyun oynayır, dəhliz mütləq açılmalıdır” - ŞƏRH Azərbaycan-Ermənistan-Rusiya üçtərəfli İşçi Qrupu fəaliyyətini yenidən bərpa edib. Avqustun 17-də Rusiya paytaxtında Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev, Ermənistan Baş nazirinin müavini Miher Qriqoryan və Rusiya Baş nazirinin müavini Aleksey Overçuk bir araya gəliblər.
Qrupun fəaliyyətinin bərpasına dair Rusiya hökumətinin bəyanatında deyilir ki, çərşənbə axşamı günü keçirilən görüşdə tərəflər Cənubi Qafqaz regionunda nəqliyyat kommunikasiyalarının bərpasının perspektivlərini və Azərbaycan, Ermənistan və Rusiya liderlərinin 11 yanvar 2021 -ci il tarixli bəyanatı çərçivəsində gələcək işlərin gedişatını müzakirə ediblər.
İşçi qrupunun fəaliyyətini bərpa etməsi Ermənistandakı bəzi qüvvələr tərəfindən tənqid olunub. Onlar baş nazir Nikol Paşinyanın “Azərbaycan öz qüvvələrini Ermənistan ərazisindən çəkməyincə işçi qrupun fəaliyyəti bərpa olunmayacaq” açıqlamasını xatırladaraq, indi sərhəddə vəziyyət dəyişmədən İrəvanın kommunikasiyalarla bağlı danışıqları bərpa etməsini yanlış addım kimi qiymətləndiriblər.
10 noyabr üçtərəfli bəyanatından 9 aydan çox vaxt keçsə də, Ermənistan üzərinə götürdüyü bir sıra öhdəlikləri yerinə yetirməkdən yayınır, Qarabağdakı Rusiya sülhməramlılarının nəzarətində qalan ərazilərə Ermənistandan silah və hərbi qüvvə daşınması davam edir.
Maraqlıdır, İşçi Qrupunun fəaliyyəti nəticə verəcəkmi? Gözləntilər nədən ibarətdir?
“Ermənilər bizimlə oyun oynayır, dəhliz mütləq açılmalıdır” - ŞƏRH
Politoloq Fikrət Sadıqov bildirib ki, burada Rusiyanın mövqeyindən çox şey asılıdır:
“Kommunikasiyanın bərpasında üçtərəfli İşçi Qrupunun fəaliyyəti vacibdir. Amma bildiyimiz kimi Ermənistan tərəfi yenidən problemlər yaradır. Bir ara kommissiyanın fəaliyyəti dayandırılmışdı, çünki Ermənistan sülhdən imtina edir, təhlükəsizlik məsələlərindən uzaqlaşırdı. Görünən odur ki, Paşinyana daxili siyasət çox mənfi təsir edir. Bir sıra qüvvələr onu qorxudur, çox narahatdır ki, reytinqi aşağı düşər. Amma əlaqələr mütləq şəkildə açılmalıdır. Bir şeyi də nəzərə almaq lazımdır ki, burada Rusiyanın mövqeyindən çox şey asılıdır. Bəzi məsələlərin həlli ondan asılıdır. Rusiya müttəfiqinə müəyyən dərəcədə təzyiqlər göstərməlidir. Əlaqələrin açılması onun da maraqlarını təmin edir. Amma ermənilər o qədər kütləşib ki, ölkənin faydasına yox, siyasi prioritetlərə üstünlük verirlər. Bu da əbədi ola bilməyəcək.
Ona görə də üçtərəfli İşçi Qrupunun fəaliyyəti bu sahədə olmalıdır. Ermənistana təzyiqlər göstərilməlidir. Ermənistan prosesləri ona görə əngəlləmir ki, guya başa düşmür, hər şeyi çox yaxşı başa düşür. Niyyətləri fərqlidir, Rusiya tərəfindən müdaxilə olmazsa, eyni planlarını davam etdirəcəklər”.
“Ermənilər bizimlə oyun oynayır, dəhliz mütləq açılmalıdır” - ŞƏRH
Zəngəzur dəhlizinin açılması əsas prioritet olacaq?
Politoloq suala cavab olaraq deyib: “Bəyannamədə bununla bağlı maddələr var. Dəhlizi mütləq açmalıdırlar. Amma ermənilər çalışacaqlar ki, bunu etməsinlər. Düşünmürəm ki, belə asanlıqla Ermənistan kommunikasiyaları açsın. Artıq biz onlara xatırlatmalıyıq. Onlara başa salacağıq ki, əlaqələri açmayana qədər dünyaya çıxışları, inkşaf olmayacaq. Əks halda yenidən Ermənistan kiməsə yaxşı olmaq üçün oyunlar oynayacaq”.
“Ermənilər bizimlə oyun oynayır, dəhliz mütləq açılmalıdır” - ŞƏRH
Mina xəritələrinin verilmə prosesi sürətlənəcəkmi?
Politoloq bildirib ki, ermənilər bəzi ərazilərin mina xəritələrini versələr də, onlar təhlükənin qarşısını almaq üçün kifayət etmir:
“Xəritələrində 20-25% ərazilər göstərilib, qalanlar yoxdur. Onlar bizimlə oyun oynayır. Lazımsız xəritələrin əvəzinə bizdən quldurlarını almaq istəyirlər. Mina xəritələrini çalışacaqlar ki, nəyinsə əvəzinə versinlər. Amma biz onlara asanlıqla güzəştə gedə bilmərik. Bizə qarşı terror törədibsə, bunu beynəlxalq hüquq normaları çərçivəsində həll etməliyik. Onun xətrinə bizə heç bir şey lazım deyil. Özümüz artıq minalı ərazilərin təmizlənməsinə başlamışıq, burada həmçinin digər ölkələrin köməyindən də istifadə edirik. Bu proses çox sürətlə gedir. Gələn dəfə xəritələri yenidən qaytarmaq istəsələr, yenə müəyyən faiz uyğun olacaq, digərləri konkret məqsəd daşımayacaq. Biz onlardan yaxşı heç nə gözləməli deyilik”.
Reytinq: