» » “Mənim düşüncəm-2021” adlı respublika uşaq rəsm müsabiqəsinə əsər qəbulu davam edir


“Mənim düşüncəm-2021” adlı respublika uşaq rəsm müsabiqəsinə əsər qəbulu davam edir

31-08-2021, 15:16
Çap et
“Mənim  düşüncəm-2021” adlı respublika uşaq rəsm müsabiqəsinə əsər qəbulu davam edir Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti, Xətai Rayon İcra Hakimiyyəti, Azərbaycan Rəssamlar İttifaqı, Naxçıvan Rəssamlar Birliyinin dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə “Nizami Gəncəviİli"çərçivəsindəyay tətilindərəssamlıq istedadı olan uşaq və gənclərindiqqətini çəkən mənzərə, hadisə və əşyaların öz düşüncələri ilə təsvir müstəvisində əks etdirmək bacarıqlarını inkişaf etdirmək məqsədilə“Mənim düşüncəm-2021”adlı respublika uşaq rəsm müsabiqəsi elan olunur.
Yaşı 21-ə qədər olan istetadlı şəxslər2021-ci ilin oktyabr ayının 10-dəkBakı Xətai Sənət Mərkəzi facebook qrupuna (https://www.facebook.com/groups/144172178999749/?ref=share) təqdim etdiyi əsərin fotosunu, əsərin adını, müəllifin adı, soyadı, təvəllüdü, təhsil aldığı məktəbi və əlaqə nömrəsiniyerləşdirməklə müsabiqəyə qatıla bilərlər.
- Əsərlər tək-tək yerləşdirilməli, məlumatlar dolğun olmalı, 2-dən çox əsər göndərilməməlidir.
- Mövzu sərbəstdir.
Ən çox uşaqların öz duyğu və düşüncələri ilə işlənmiş əsərlər seçiləcək.
Seçim zamanı müəllifin yaşı nəzərə alınmaqla düzgün kompozisiya, rəng seçimi və ideya əsas götürüləcək.
- Seçim zamanı kənar (müəllim,valideyn) müdaxiləsiz işlərə üstünlük veriləcək.
- Sərgilənməmiş - yeni əsərlər görmək istərdik.
- Müsabiqədə xarici ölkə vətəndaşları da iştirak edəbilər.
- Seçim 3 yaş kateqoriyası üzrə aparılacaq və hər yaş kateqoriyasına ayrıca sərgi keçiriləcək: 11 yaşa qədər, 11-16 və 16-21 yaş arası
- I turdan keçmiş müəlliflərin əsərləri sərgidə nümayiş olunmaq üçün Xətai Sənət Mərkəzinə dəvət olunacaqdır.
- Əgər müsabiqənin münsiflərinin seçimlərindən narazı qalanlar olarsa (müəllim, valideyn və şagird) onlar seçimlərin elan olunduğu vaxtdan 3 iş günü ərzində [email protected] e-mail ünvanına müraciət edə bilər və təyin olunmuş bir vaxtda münsif üzvünün nəzarəti ilərəsm çəkməklə özünü təsdiq edə bilər.
- Əlavə suallara 0513107401 whatsapp nömrəsinə yazaraq cavab almaq olar.
Əsəri sərgidə nümayiş olunan müəlliflər sertifikatla və fəal tədris mərkəzləri (dərnək, incəsənət məktəbi və s.) təşəkkürnamə ilə təltif olunacaqlar.
Mükafatlandırma fondu
Ən fəal tədris müəssəsinin kollektiv sərgisi
Seçilmiş 10 əsərin müəlliflərinin qrup sərgisi
Qeyd:Tədbir “COVİD-19” infeksiyası ilə bağlı tətbiq olunan sosial izolyasiya tədbirləri aradan qaldırılarsa adi qaydada, əks təqdirdə onlayn davam etdiriləcəkdir.
Mətbuat dəstəkçiləri: Azərtac, Mədəniyyət qəzeti, Azpress.az, Milli.az, Trend news agency, Day.az, Edumap, Eduonline.az, Frame.az, xsm.az və Tanışolaq jurnalı
Müsabiqənin yekun sərgisi Xətai Sənət Mərkəzində keçiriləcək.
Reytinq: