» » Uzun illər sonra ilk dəfədir ki, həyat yoldaşımın məzarını ziyarət edirəm - Kəlbəcər sakini


Uzun illər sonra ilk dəfədir ki, həyat yoldaşımın məzarını ziyarət edirəm - Kəlbəcər sakini

2-09-2021, 12:27
Çap et
Uzun illər sonra ilk dəfədir ki, həyat yoldaşımın məzarını ziyarət edirəm - Kəlbəcər sakini Uzun illər sonra ilk dəfədir ki, ailəm ilə Kəlbəcərə gəlib, həyat yoldaşımın məzarını ziyarət edirəm.
Bu sözləri bir qrup Kəlbəcər sakininin Kəlbəcərə səfəri zamanı şəhid Şahlar Şükürovun həyat yoldaşı Elnurə Əliyeva bildirib.
O qeyd edib ki, həyat yoldaşı Şahlar Şükürov əslən Kəlbəcər rayonundandır. İşi ilə əlaqədar polis şöbəsinin 10 nəfər əməkdaşı ilə bərabər Kəlbəcər sərhədində olan zaman ermənilərin qurduğu pusqunu zərərsizləşdirərkən şəhid olublar:
“Həyat yoldaşım ata yurdunda, Kəlbəcərdə dəfn edilib.1993-cü ilə qədər mən də Kəlbəcərdə yaşamışam. Ermənilərin işğalından sonra buradan çıxmalı olduq.”
Kəlbəcərin hər daşının, hər qayasının bir səngər olduğunu bildirən rayon sakini deyib ki, əgər Kəlbəcərdə döyüş olsa idi itkilərimiz çox olacaqdı: "Prezidentimizə təşəkkür edirik ki, bir güllə belə atılmadan Kəlbəcər azad edildi.”
Reytinq: