» » Tayvana və Yaponiyanın cənub hissəsinə tayfun yaxınlaşır


Tayvana və Yaponiyanın cənub hissəsinə tayfun yaxınlaşır

9-09-2021, 09:59
Çap et
Tayvana və Yaponiyanın cənub hissəsinə tayfun yaxınlaşır Bir neçə gün əvvəl Filippin yaxınlığında, Sakit okeanda yaranan "Çansu" fırtınası kəskin şəkildə güclənib. İndi o Tayvana və Yaponiyanın cənubundakı Okinava prefekturasına doğru irəliləyir.
Bu barədə Yaponiyanın Meteorologiya İdarəsi bildirib.
Tropik fırtınasına "dağıdıcı" kateqoriyası verilib. Hazırda onun mərkəzi hissəsində küləyin sürəti 15 m/s təşkil edir.
Tayfunun 12 və ya 13 sentyabrda Tayvana və Yaponiyanın Sakisima adalarına yaxınlaşacağı proqnozlaşdırılır.
Reytinq: