» » Tanışını təpiklə vurub öldürən şəxs tutulub


Tanışını təpiklə vurub öldürən şəxs tutulub

9-09-2021, 10:03
Çap et
Tanışını təpiklə vurub öldürən şəxs tutulub Avqustun 30-da Quba rayonu, Gültəpə kənd sakini, 1966-cı il təvəllüdlü Zeydulla Əzizovun aldığı xəsarətlər nəticəsində Qusar rayon mərkəzi xəstəxanasında ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Quba Rayon Prokurorluğundan verilən məlumata görə, aparılmış araşdırmalarla müəyyən edilib ki, 23.08.2021-ci il tarixdə saat 01 radələrində Gültəpə kəndi ərazisində 1993-cü təvəllüdlü Şöhrət Mursəliyev tanışı Zeydulla Əziziov arasında şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı sonuncunun bədəninin müxtəlif nahiyələrinə yumruq və təpiklə xəsarətlər yetirib, nəticədə Z.Əziziov avqusun 30-da almış olduğu xəsarətlərdən xəstəxanada ölüb.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
Şöhrət Mürsəliyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Hazırda cinayət işi üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.
Reytinq: