» » Nərgiz Mirzəyeva


Nərgiz Mirzəyeva

9-09-2021, 14:47
Çap et
Nərgiz Mirzəyeva Nərgiz Mirzəyeva
8-ci sinif şagirdi

Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi Emin Əliyev adına 297 nömrəli məktəbin 8a sinif şagirdi Nərgiz Mirzəyeva. Azad Azərbaycan, Kredo, Nöqtə Vedibasar qəzetlərində məqalələri, şeirləri, hekayələri dərc olunub. Aztv-e radiosunda bir çox çıxışları olmuşdur. Öz məktəbində demək olar ki, bütün tədbirlərdə aparıcılıq edir. Məktəb həyatında hər zaman əlaçı olmuşdur. Mktəb həyatından başqa uğurlar da qazanmışdır.
2020-ci il.
1) Səbail Mərkəzləşdirilmiş Kitabxana Sistemində onlayn formatda keçirilən "Hər günə bir şeir " layihəsində "Şəhidlər" şeiri ilə birincilik qazandı.
2) Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzində 20-25 iyul "Azərbaycan Qəhramanı" adlı onlayn düşərgədə fəal iştirakına görə sertifikat təltif olundu.
3) Dekabrın 15-də Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP), Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Təhsil Nazirliyi, Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi (RUGİM), “EkoSfera” SEM-in birgə təşkilatçılığı ilə “BMT-nin İqlim dəyişmələri üzrə Çərçivə konvensiyasına Azərbaycanın Dördüncü Milli Məlumatının hazırlanmasına texniki yardım” layihəsi çərçivəsində onlayn platformada “Su ehtiyatlarından səmərəli istifadə” mövzusunda vebinar, “İqlim dəyişmələri və əhalinin sağlamlığı” onlayn sosial vloq müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimində 2 sertifikata layiq görüldü. “Su ehtiyatlarından səmərəli istifadə” mövzusunda vebinarında fəal iştirakına görə “Special Award” sertifikatına, “İqlim dəyişmələri və əhalinin sağlamlığı” onlayn sosial vloq müsabiqəsində iştirakına görə sertifikat təltif olunub.
4) Binəqədi Rayon İcra Hakimiyyətində keçirilən müsabiqədə Nərgiz Mirzəyevanın animasiyası seçilərək rəsmi Facebook səhifəsində paylaşıldı.
2021-ci il.
1) Uşaq və gənclər arasında “Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq!” adlı Beynəlxalq Yaradıcılıq Müsabiqəsində "Şuşam" şeiri ilə 2. yerə layiq görülüb.
2) Yazarlar.az saytının baş redaktoru Zaur Ustac tərəfindən "Nizami Gəncəvi" diplomuna layiq görülüb.
3) Binəqədi İcra Hakimiyyətində fəal iştirakına görə diplomlar təltif olunub.

Nərgiz Mirzəyeva
Qələbə Günü

Partlayış eşitdik, gecə yarısı,
Düşmənin hiyləsi, kələyi dedik.
Bu necə səs idi, necə tərpəniş,
Əsirmi fitnənin küləyi dedik.

Sən demə bir başqa səs idi bu səs
Qələbə sevinci, qələbə səsi.
İnsanlar oyandı gecə yarısı,
Hər kəsin üzündə bayram sevinci,
Hər kəsin üzündə bayram həvəsi.

Axışdı küçəyə hər kəs sevinclə,
Bir insan seli, insan izdihamı.
Təbriklər, alqışlar yüksəldi göyə,
Bu gözəl xəbərə sevindi hamı.

Allahım günlərdən nə gözəl bir gün,
Ali Baş Komandan, eşq olsun sizə.
Xalqım sevincini yaşadı bu gün,
Zəfər müjdəsini bəxş etdin bizə.

Nəhayət yetişdi o tarixi gün,
Müzəffər ordumuz ayağa qalxdı,
Üçrəngli bayrağı, öz əlləri ilə
Şuşa qalasının başına taxdı.

10 noyabr - tarixi bir gün,
Müzəffər ordunu görüm var olsun.
Qələbə sevincini yaşadıq bu gün,
Hər bir əsgərimə Allah yar olsun.

Biz iki millətik, birgə dövlətik,
Nə olursa, olsun ayrılmaz Turan.
Var ulu Turanın iki lideri,
Birisi İlhamdır, biri Ərdoğan.

İki dövlət, bir millət qardaş Türkiyə,
Arxadır, dayaqdır bizə hər zaman.
İlham və Ərdoğan-bu böyük cütlük,
Daima var olsun, yaşasın hər an.

Azərbaycan

Qoynunda mən göz açmışam,
Böyüyüb boya çatmışam,
Zirvələrə yön almışam,
Sənin isti qucağında
Böyümüşəm, ucalmışam.
Canım, gözüm, Azərbaycan,
Şan-şöhrətim Azərbaycan,
Məmləkətim, Azərbaycan.

Qan qadalı illər keçdin,
Düşməninə od qaladın.
Vətənimin gözü olan
Qarabağı azad etdin.
Düşmənini parçaladın.

Qibləgahım, and yerimsən
Yaman gündə gərəyimsən,
Sən döyünən ürəyimsən.
Canım, gözüm, Azərbaycan
Fəxarətim Azərbaycan,
Məmləkətim, Azərbaycan.

Adında var böyük məna,
Can sözüylə bitir hecan,
Səni sevir bütün cahan.
Canım, gözüm, Azərbaycan
Ləyaqətim Azərbaycan,
Məmləkətim, Azərbaycan.

Odlar yurdu, od diyarı,
Övladların iftixarı,

Şan-şöhrətin düşmür dildən.
Canım, gözüm, Azərbaycan
Şah qamətim Azərbaycan,
Məmləkətim, Azərbaycan.

Həm ürəyim, həm canımsan,
Damarımdan axan qansan,
Mənim cənnət məkanımsan.
Canım, gözüm Azərbaycan
Məhəbbətim Azərbaycan,
Məmləkətim, Azərbaycan.

Yaşa-yaşa, Azərbaycan,
Müstəqilsən, Azərbaycan
Ucal-ucal, Azərbaycan
İndi necə möhtəşəmsən,
Elə də qal Azərbaycan
Canım, gözüm, Azərbaycan
Dəyanətim Azərbaycan,
Məmləkətim, Azərbaycan

Bizim Heydər babamız

Sən vətənin qüruru,
Vətənin haqq səsi.
Sən dillərin əzbəri,
Könüllərin nəğməsi,
Bizim Heydər babamız

Vətənimi tanıdıb,
Dillərdə dastan etdin.
Sən bu yurdun yolunda
Özünü qurban etdin
Bizim Heydər babamız.

“Mən Azərbaycanlıyam”
Deyib fəxr edən insan.
Qorxmaz baxışlarıyla
İrəli gedən insan.
Bizim Heydər babamız.

Sevdin xalqı, vətəni
Uca tutdun ölkəni.
Unutmarıq, biz səni-
Sən müqəddəs andımız,
Bizim Heydər babamız.

Azərbaycan yetirdin
Müstəqillik gətirdin,
Nə əkdinsə bitirdin-
Sən Ulu bağbanımız,
Bizim Heydər babamız.

Sən mayda doğulmusan,
Baharla yoğrulmusan.
Qəlblərdə yer almısan-
Fəxrimiz, qürurumuz,
Bizimlə Heydər babamız.

Nərgiz qızın olaraq
Səninlə fəxr edirəm.
Sən qoyduğun bu yolda
Mən sənin amalını
Yaşadaraq gedirəm.

Nərgiz Mirzəyeva
Reytinq: