» » Pakistanda leysan nəticəsində evlər çöküb - 14 ölü


Pakistanda leysan nəticəsində evlər çöküb - 14 ölü

13-09-2021, 10:29
Çap et
Pakistanda leysan nəticəsində evlər çöküb - 14 ölü Pakistanın şimal-qərbindəki Xayber əyalətində leysan yağıntıları bir neçə yaşayış evinin çökməsinə səbəb olub.
Hadisə nəticəsində azı 14 nəfər həlak olub, daha 2 nəfər isə xəsarət alıb.
Həlak olanların böyük əksəriyyətinin qadın və uşaqlar olduğu deyilir. Qeyd olunur ki, bölgədə leysan iki günə yaxındır davam edir.
Fəlakət zonasına xilasedicilər və texnika göndərilib.
Reytinq: