» » Ermənistanın baş nazir müavini delimitasiyaya tezliklə başlamağın vacibliyini etiraf edib


Ermənistanın baş nazir müavini delimitasiyaya tezliklə başlamağın vacibliyini etiraf edib

17-09-2021, 13:21
Çap et
Ermənistanın baş nazir müavini delimitasiyaya tezliklə başlamağın vacibliyini etiraf edib Ermənistanın baş nazir müavini Mger Qriqoryan Azərbaycanla sərhədin delimitasiyası və demarkasiyası prosesinin tezliklə başlamanın vacibliyini etiraf edib.
Erməni KİV-lərinin məlumatına görə, nazir müavini bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası prosesinin tezliklə işə salınması ilə bağlı çağırışına cavab olaraq bildirib.
M.Qriqoryan qeyd edib: "Fikrimcə, sərhədin delimitasiyası və demarkasiyası ilə bağlı müəyyən prosesi başlamaq lazımdır".
Xatırladaq ki, ötən gün M.Zaxarova bu prosesinin başlamasının zəruriliyini vurğulamış və Rusiyanın bununla bağlı təkliflərinin Bakı və Yerevana təqdim olunduğunu demişdi.
Reytinq: