» » Həftə içi rayonlarda hotellər və istirahət mərkəzləri boş qalır - AÇIQLAMA


Həftə içi rayonlarda hotellər və istirahət mərkəzləri boş qalır - AÇIQLAMA

8-10-2021, 10:58
Çap et
Həftə içi rayonlarda hotellər və istirahət mərkəzləri boş qalır - AÇIQLAMA Rayonlarda həftə içi hotel və istirahət mərkəzlərində boşluq olur.
Bunu turizm üzrə ekspert Ceyhun Aşırov deyib.
Ekspert bildirib ki, artıq tətil başa çatıb, insanlar işlərinə qayıdıblar:
“Yay fəslindəki kimi sıxlıq müşahidə edilmir. Ona görə də istirahət mərkəzləri müəyyən endirim kampaniyaları edir və yaxud da bəzi xidmətləri pulsuz təklif edirlər. Ümumən qiymətlərdə təqribən 30 faizə qədər azalma müşahidə edilir”.
O qeyd edib ki, digər tərəfdən hava şəraiti də öz təsirini göstərir: “Bu il havalar daha tez sərinlədi ki, bu da istirahətə gedənlərin sayının azalmasına səbəb olur. Bəzi hotellər "4 gün qal, 3 gün ödə" kimi endirim kampaniyaları da həyata keçirirlər. İndi vətəndaşlar regionlarda əvvəlkindən daha ucuz qiymətə istirahət edə bilərlər”.
Reytinq: