» » “Tatami üzərində qələbəmi Vətən müharibəsində qazandığımız Zəfərə həsr edirəm”


“Tatami üzərində qələbəmi Vətən müharibəsində qazandığımız Zəfərə həsr edirəm”

19-10-2021, 17:39
Çap et
“Tatami üzərində qələbəmi Vətən müharibəsində qazandığımız Zəfərə həsr edirəm” Kempo üzrə dünya çempionu Ramin Kazımov: “Erməni idmançı ilə döyüşmək fürsəti düşmədiyinə görə təəssüf edirəm”

Ukraynanın Xarkov şəhərində “Kempo-karate və kobudo” üzrə Açıq Dünya Çempionatı keçirilib. Ukrayna, Qazaxıstan, Gürcüstan, Ermənistan, İraq, Efiopiya və başqa bir neçə ölkənin idmançılarının qatıldıqları çempionatda Azərbaycanı Respublika Qodzyu-ru Federasiyasının 7 idmançısı layiqlə təmsil ediblər. Əlbəyaxa döyüş və Qrapplinq üzrə ağır çəkili idmançılarımız – dəfələrlə Dünya və Avropa çempionları, Dünya Kuboku mükafatçıları Ramin Kazımov və Vüqar Cəfərov bu dəfə də fəxri kürsünün ən yüksək pilləsinə qalxaraq, qızıl medala layiq görülüblər.
Yarışın gedişində Ramin Kazımov zədələnsə də, final görüşünü uğurlu sonluğa qədər davam etdirməyə özündə güc tapıb. Ramindən çempionat haqqında təəssüratlarını bölüşməyi xahiş etdik. Təbrikimizə görə minnətdarlığını bildirən çempionumuz ilk növbədə erməni idmançılarla qarşılaşmaq fürsəti düşmədiyinə görə təəssüfləndiyini bildirdi. Çünki erməni idmançılar aşağı çəki dərəcələrində çıxış etdiklərindən onun və Vüqarın kateqoriyasında rinqə çıxmayıblar. Ramin digər döyüşçü yoldaşlarından Məhəmməd Allahverdiyevin, Tural Quliyevin, Kənan Əliyevin də təqdirəlayiq çıxış etdiklərini vurğuladı.
Tatami üzərində qazandığı qələbəsini Azərbaycanın Vətən müharibəsindəki Zəfərinin bir illiyinə həsr etdiyini deyən Ramin qeyd etdi ki, onu qalibiyyət qazanmağa motivasiya edən əsas amil ailə üzvləri olub, amma eytni zamanda KİV-in tribunasından minnətdarlığını bildirmək istədiyi şəxslər də vardır: “İlk növbədə mənə daim maddi və mənəvi dəstək göstərdiklərinə, daim diqqət mərkəzində saxladıqlarına görə çox hörmətli cənablar – “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti Cahangir Əsgərova, onun müşaviri İlham Şükürova, Dövlət Mülki Aviasiya Agentliyinin direktoru Arif Məmmədova öz dərin təşəkkürümü bildirirəm. Bu xeyirxah insanlar Azərbaycanın üçrəngli bayrağını beynəlxalq arenalarda zirvəyə qaldırmaq, dövlət himnimizi səsləndirmək potensialı daşıyan idmançılarımızdan qayğı və diqqətlərini heç zaman əsirgəməyiblər. Bu da onların hədsiz vətənpərvərliklərindən irəli gəlir. İndi artıq bir ildir ki, bütün xalqımız, vətəndaşlarımız düşmən üzərində qələbəmizin bəxş etdiyi sevinc hissinin təsiri altındadırlar və bu sevinc əbədi olacaq. Çünki 30 il düşmən tapdağında olan torpaqlarımız işğaldan azad edilib, təyyarələrimiz artıq Ermənistanın hava məkanından istifadə edirlər. Biz idmançılar da öz növbəmizdə Azərbaycanın idman şərəfini daha da uca tutmağa özümüzü borclu hesab edirik”.
Xatırladaq ki, Azərbaycan idmançıları Ukraynanın Xarkov şəhərində keçirilən bu ənənəvi çempionatda bir qayda olaraq uğurla çıxış edirlər. Əvvəlki illərdə Avstriya Azərbaycanlıları Diasporunun sədri Fərid Əzizov, Azərbaycan Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında xidmət edən Günay Əliyeva, Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşı Emil Ağayev və xeyli sayda başqa idmançımız müxtəlif yaş və çəki dərəcələri üzrə birincilik qazanıblar.

Nüşabə Əhməd

“Tatami üzərində qələbəmi Vətən müharibəsində qazandığımız Zəfərə həsr edirəm”“Tatami üzərində qələbəmi Vətən müharibəsində qazandığımız Zəfərə həsr edirəm”“Tatami üzərində qələbəmi Vətən müharibəsində qazandığımız Zəfərə həsr edirəm”“Tatami üzərində qələbəmi Vətən müharibəsində qazandığımız Zəfərə həsr edirəm”“Tatami üzərində qələbəmi Vətən müharibəsində qazandığımız Zəfərə həsr edirəm”“Tatami üzərində qələbəmi Vətən müharibəsində qazandığımız Zəfərə həsr edirəm”“Tatami üzərində qələbəmi Vətən müharibəsində qazandığımız Zəfərə həsr edirəm”“Tatami üzərində qələbəmi Vətən müharibəsində qazandığımız Zəfərə həsr edirəm”“Tatami üzərində qələbəmi Vətən müharibəsində qazandığımız Zəfərə həsr edirəm”“Tatami üzərində qələbəmi Vətən müharibəsində qazandığımız Zəfərə həsr edirəm”“Tatami üzərində qələbəmi Vətən müharibəsində qazandığımız Zəfərə həsr edirəm”“Tatami üzərində qələbəmi Vətən müharibəsində qazandığımız Zəfərə həsr edirəm”“Tatami üzərində qələbəmi Vətən müharibəsində qazandığımız Zəfərə həsr edirəm”“Tatami üzərində qələbəmi Vətən müharibəsində qazandığımız Zəfərə həsr edirəm”
Reytinq: