» » Azərbaycanda ana həbsdəki oğluna heroin gətirdi


Azərbaycanda ana həbsdəki oğluna heroin gətirdi

21-10-2021, 11:13
Çap et
Azərbaycanda ana həbsdəki oğluna heroin gətirdi Müalicə müəssisəsinə və Şəki Penitensiar Müəssisəsinə narkotik maddələrin keçirilməsi cəhdlərinin qarşısı alınıb.
Penitensiar xidmətdən verilən məlumata görə, Cinayət Məcəlləsinin 206.3.2; 234.4.1; 234.4.3 və 66.3-cü maddələri ilə təqsirli bilinərək 7 il müddətinə azadlıqdan məhrum edilmiş və hazırda Penitensiar xidmətin Müalicə müəssisəsində saxlanılan məhkum Tayyib Rəsul oğlu Eynullayev ilə qısamüddətli görüşə gələn anası Bakı şəhər sakini Səfurə Musa qızı Eynullayeva tərəfindən gətirilmiş sovqata baxış keçirilib. Bu zaman orada olan idman şalvarının belindəki ipə xüsusi üsulla hopdurularaq gizlədilmiş 1,748 qram narkotik maddə - heroin aşkar edilib.
Həmçinin Cinayət Məcəlləsinin 29.120.2.1-ci maddəsi ilə təqsirli bilinərək həbs edilmiş və hazırda Şəki Penitensiar Müəssisəsində saxlanılan Elsevər Elçin oğlu Quliyevə tanışı Mingəçevir şəhər sakini Ruslan Xanlar oğlu Həsənov tərəfindən gətirilmiş sovqata baxış keçirilib. Bu zaman orada olan əl-üz dəsmalına xüsusi üsulla hopdurularaq gizlədilmiş 0,108 qram narkotik maddə - heroin aşkar edilib.
Reytinq: