Heqiqet.Az » iqtisadiyyat » Yaponiya agentliyi Azərbaycanda elektrik enerjisi sisteminin tədqiqatı ilə bağlı hesabat açıqlayacaq


Yaponiya agentliyi Azərbaycanda elektrik enerjisi sisteminin tədqiqatı ilə bağlı hesabat açıqlayacaq

2-11-2021, 06:09
Çap et
Yaponiya agentliyi Azərbaycanda elektrik enerjisi sisteminin tədqiqatı ilə bağlı hesabat açıqlayacaq Gələn il Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi (JICA) Azərbaycanda elektrik enerjisi sisteminin tədqiqatlarının yekunları ilə bağlı hesabat açıqlayacaq.
Bu barədə JICA-dan məlumat verilib.
Agentlikdən bildiriblər ki, bugünədək tədqiqatlar COVID-19 pandemiyası ilə əlaqədar, əsasən Yaponiyadan aparılırdı:
"Bir müddət əvvəl biz Azərbaycanda birinci dəfə yerində tədqiqat apardıq. Daha bir neçə səyyar tədqiqat planlaşdırılır. Hesabatın 2022-ci ildə hazırlanması gözlənilir".
Agentlikdən qeyd olunub ki, bunun məqsədi elektrik enerjisi sektorunda mövcud vəziyyəti və təklif barədə məlumatların təhlili yolu ilə tələbi bilmək, eləcə də milli inkişaf planının, elektrik enerjisinin paylanmasının təkmilləşdirilməsi planının, Azərbaycanın enerji sektorunda donorluq və sahibkarlıq fəaliyyəti planının hazırlanmasıdır: "Tədqiqatlar çərçivəsində biz Azərbaycanda enerji təhlükəsizliyinin əldə olunmasına xidmət edəcək mümkün layihələri nəzərdən keçirəcəyik".
Reytinq: