Heqiqet.Az » hadise » 65 şadlıq evində yoxlama: 10 nəfər cərimələndi, 97 nəfər...


65 şadlıq evində yoxlama: 10 nəfər cərimələndi, 97 nəfər...

12-11-2021, 07:08
Çap et
65 şadlıq evində yoxlama: 10 nəfər cərimələndi, 97 nəfər... Dünən Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 73 toy şənliyinin monitorinqini keçirib.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, monitorinq 65 şadlıq sarayında, 8 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.
Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə:
- 10 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub;
- 97 nəfər COVID-19 pasportu olmadığına görə şənliyə buraxılmayıb.
Reytinq: