» » Milli Məclisdə dinləmə keçirilir


Milli Məclisdə dinləmə keçirilir

30-11-2021, 10:50
Çap et
Milli Məclisdə dinləmə keçirilir Milli Məclisdə "Narkomaniya ilə mübarizə: ailə cəmiyyətin sağlamlığıdır" adlı dinləmə keçirilir.
Milli Məclisin vitse-spikeri Adil Əliyev dinləmələrin nəticəsinin hər birimizi qane edəcəyini bildirib:
" Ölkəmizdə narkomaniya ilə mübarizədə təkcə hüquq mühafizə orqanlarının işi ilə kifayətlənməməliyik. Cəmiyyət olaraq bu məsələyə daha diqqətli yanaşmalıyıq. Sosial şəbəkələrin narkotiklərin satışı və təbliği üçün genis imkanlar yaratmasının qarşısı alınmalıdır. Təhsil müəssisələrində narkomaniyaya qarşı mübarizə ilə bağlı maarifləndirmə işləri aparılmalıdır.
Məktəb psixoloqlarının bu sahədə is prosesini genişləndirmək məqsədəuyğun olardı. Narkotik aludəçisiləri təkcə özləri üçün deyil, həm də yaxınları üçün bəlaya çevrilib. Həmçinin ailə büdcəsinə də pis təsir göstərir. Ailə sağlamlığı məhv olur".
Reytinq: