» » Qarabağda yeni idarəetmə FORMALAŞIR


Qarabağda yeni idarəetmə FORMALAŞIR

2-12-2021, 10:18
Çap et
Qarabağda yeni idarəetmə FORMALAŞIR Prezidentin sərəncamı ilə Emin Hüseynov Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi təyin edilib.
Bu sərəncamın yerli idarəetmədə yeni yanaşmanın tətbiq edilməsi kimi qiymətləndirən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov deyib ki, iqtisadi rayon üzrə prezidentin xüsusi nümayəndəsinin təyin edilməsi yerli idarəetmədə yeni modelin tətbiqindən xəbər verir:
“Ölkə Prezidentinin 7 iyul 2021-ci il tarixli sərəncamı ilə Azərbaycanda 14 iqtisadi rayon formalaşdırılıb. Həmin tarixədək 10 iqtisadi rayon təsnifləşdirilmişdi. Mövcud iqtisadi rayonların ikisi işğaldan azad olunan ərazilərimizdə yaradılıb”.
Deputat deyib ki, yeni modelin digər regionlarımıza da transfer olunacağı bildirilmişdi:
“Bögələrdə biznesin inkişafı, daha çox sərmayələrin cəlb edilməsi üçün institutsional islahatlar vacib şərtlərdən hesab olunur. Artıq işğaldan azad olunan ərazilərimizdə yerli idarəetmədə yeni modelin formalaşdırılır və bu yeni stuktur islahatların başlanğıcı kimi də xarakterizə oluna bilər”.
Reytinq: