» » Bakıda ağır qəza: 3 nəfər öldü


Bakıda ağır qəza: 3 nəfər öldü

19-01-2022, 09:42
Çap et
Bakıda ağır qəza: 3 nəfər öldü Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.
Hadisə yanvarın 18-də paytaxtın Binəqdi rayonu, Binəqədi şosesində qeydə alınıb.
Bakı şəhər sakini Firudin Əsədovun idarə etdiyi “Səba” ASC-yə məxsus “Hyundai” markalı yük avtomobili idarəetməni itirərək Elşən Eyvazovun idarə etdiyi VAZ-2109 markalı avtomobili ilə toqquşub.
Hadisə nəticəsində sürücü E.Eyvazov, sərnişinləri - 1987-ci il təvəllüdlü Xanəhməd Eyvazov və 1972-ci il təvəllüdlü Zaur Həsənov hadisə yerində ölüb.
Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində cinayət işi başlanıb.
Reytinq: