Qarabağda minatəmizləmə işlərində süni intellektdən istifadə edilir14-04-2022, 08:24
Çap et Dövlət prioritetlərinə və siyasətinə uyğun olaraq, “Böyük Qayıdış” proqramının həyata keçirilməsi istiqamətində mina təhlükəsinin aradan qaldırılması və əlverişli yaşam şəraitinin yaradılması ilə əlaqədar fəaliyyət davam edir.
Böyük Britaniyanın RPS Energy Ltd. şirkəti tərəfindən süni intellektin proqram təminatı vasitəsilə təhciz edilən dronlar, Qarabağda mina sahələrinin tədqiqat və təhlil xidmətlərinə cəlb olunub. Müvafiq razılaşma Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) ilə əldə olunub. ANAMA və RPS Energy Ltd. arasındakı razılaşmaya əsasən layihə çərçivəsində keçən il ərzində süni intellektin istifadəsi ilə Zəngilan, Füzuli, Cəbrayıl, Tərtər və Qubadlı rayonları üzrə 18 min hektar ərazi təhlil edilib. Dronların üzərindəki geniş spektorlu (Multispectral), termal (Thermographics) və yüksək dəqiqli (RGB) kameralar bir - birini tamamlayaraq, ərazi üzrə məlumatların toplanılmasını təmin edir. Əldə edilən məlumatlar xəritə üzərində emal edilir və təhlil edilən ərazinin hansı növ partlayıcı qurğularla çirklənmə səviyyəsini müəyyən etmə imkanı yaradır. Münaqişə sonrası mərhələdə Qarabağda külli miqdarda mina və PHS-lə yanaşı, yersəthi və yeraltındakı müharibənin digər təhlükəli qalıqları da qeydə alınır. Süni intellekt texnologiyasının tətbiqi vasitəsilə fərqli partlayıcı tərkibli və gövdəsi müxtəlif materiallardan hazırlanan qurğuların eyni ərazidə (qarışıq mina sahəsi) müəyyən edilməsini mümkün edir. Həmçinin, dronlar təhlil edilən layihələrin təyinatı üzrə uçus trayektoriyasını icra etmək qabiliyyətinə malikdir. Qarabağda minatəmizləmə əməliyyatlarında istifadə edilən dronların proqram təminatı ərazilərdə aşkar edilən yeni obyektlər üzrə yaddaşın yenilənməsi imkanına malikdir. Həmçinin, süni intellekt proqramı ərazilərin çirklənmə səviyyəsinə görə müxtəlif təmizləmə metodologiyalarının tədbiqini təmin edir. Mina Sahələrinin Havadan Tədqiqatı - RAMS (Remote Aerial Minefield Survey) sistemi çirklənmiş ərazinin təhlükəsiz ərazidən ayırd etmək imkanı verir. Tətbiq edilən sistem - Beynəlxalq Minatəmizləmə Standartları əsasında Qeyri-Texniki Tədqiqat və Texniki Tədqiqatın birləşməsini ehtiva edir. İnnovativ texnologiyalar vasitəsilə uzaq məsafədən müəyyən edilən ərazinin çirklənmə miqyasına dair məlumatların alınması, təmizləmə əməliyyatlarının gedişatına müsbət töhfə verməsi gözlənilir. Mina və partlamamış hərbi sursatlardan (PHS) təmizlənməsi planlaşdırılan ərazi barədə məlumatlı olmaq - ANAMA əməkdaşlarının təhlükəsizlik qaydalarını yüksək səviyyədə təmin edəcəkdir. Əldə edilən nəticələrə uyğun olaraq sahə əməkdaşlarının iş rejiminin təkmilləşdirilməsinə, eləcə də layihələrin icrasının daha səmərəli göstəricilərinə nail olmaq imkanı verir. Yüksək təhlükəli ərazilərin öncədən müəyyən edilməsi minatəmizləmə resurslarının səmərəli istifadəsini təmin etməyə yönəlib. Reytinq:
|
Son xəbər
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|