Azərbaycanda üzgüçülük məşqçiləri üçün növbəti seminar keçiriləcək19-10-2022, 07:19
Çap et ![]() Federasiyanın mətbuat xidmətindən verilən məlumata görə, iki gün davam edəcək seminarda Azərbaycanda inşa edilmiş Olimpiya Komplekslərinin üzgüçülük hovuzlarında məşqçiləri, Bakı və Sumqayıt şəhərlərinin üzgüçülük hovuzlarında fəaliyyət göstərən məşqçilər, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının 1-2-3-4 kurs əyani və qiyabi təhsil alan tələbələri dəvət olunublar. Seminarda üzgüçülük üzrə məşqçilik icazəsi olan istənilən şəxs iştirak edə bilər. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında təşkil olunacaq seminarı hal-hazırda dünya rekordçusu macar üzgüçü Sebastyan Sabonun məşqçisi, üzgüçülük idman növü üzrə tanınmış beynəlxalq dərəcəli macar məşqçi, Azərbaycan Üzgüçülük Federasiyasının Direktoru İvan Petrovu aparacaq. Sonda iştirakçılara sertifikatlar təqdim olunacaq. Reytinq:
|
Son xəbər
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|