Heqiqet.Az » medeniyyet » Filarmoniyada “Yeni adlar” layihəsi çərçivəsində növbəti konsert keçirilib


Filarmoniyada “Yeni adlar” layihəsi çərçivəsində növbəti konsert keçirilib

21-12-2022, 19:24
Çap et
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında “Yeni adlar” layihəsi çərçivəsində növbəti konsert keçirilmişdir.
Musiqi axşamında Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin (bədii rəhbər və baş dirijor – Xalq artisti Ağaverdi Paşayev) müşayiəti ilə gənc istedadlar – Respublika və beynəlxalq müsabiqələr laureatları Aişə Əmrahova (qanun) və Hüseyn Quliyev (tar) çıxış etmişlər.
Orkestr tərəfindən Fikrət Əmirovun Azərbaycan kapriççiosu və Kürd-Ovşarı simfonik muğamından fraqment səslənmişdir.
Solistlər Hacı Xanməmmədovun Tar və orkestr üçün 2 nömrəli Konserti və Kamança və orkestr üçün Konserti dinləyicilərə təqdim etmişlər.
Layihə müasir Azərbaycan ifaçılıq sənətinin inkişafına, bu sahədə yeni istedadlı nəslin tanınmasına, parlaq ifaçıların yetişməsinə, o cümlədən musiqi sənətimizi dərindən bilən, onu dərk edərək böyük sevgi hissi ilə ifa edən ifaçıların sayının artmasına xidmət edir. Gənc ifaçıların tanınmış dirijorların rəhbərliyi altında simfonik, kamera və xalq çalğı alətləri orkestrləri ilə konsertlərinin keçirilməsi onların sənət yolunda inkişafına mühüm zəmin yaradır.
Reytinq: