Xorvatiya millisinin yeni baş məşqçisi bəlli oldu22-09-2015, 12:57
Çap et ![]() Apasport.az saytının bu ölkənin futbol federasiyasının saytına istinadən məlumatına görə, bu vəzifəyə Ante Kaçiç təyin olunub. Onunla 2018-ci ildə Rusiyada keçiriləcək Dünya Çempionatının sonuna qədər müqavilə imzalanıb. Kaçiç 2003-2006-cı illər arasında Liviya yığmasında həmyerlisi İliya Lonkareviçin köməkçisi vəzifəsində çalışıb. O, həmçinin həmin ölkənin U-21 milli komandasının baş məşqçisi kimi də çalışıb və “Aralıq Dənizi Oyunları”nda komandasına bürünc medal qazandırıb. Qeyd edək ki, sabiq baş məşqçi Niko Kovaç Azərbaycan (0:0) və Norveçlə oyunlardan (0:2) sonra vəzifəsindən azad edilmişdi. Reytinq:
|
Son xəbər
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|