Heqiqet.Az » dunya » Yaponiyada koronavirusdan ölənlərin sayı kəskin artıb


Yaponiyada koronavirusdan ölənlərin sayı kəskin artıb

11-01-2023, 09:25
Çap et
Yaponiyada koronavirusdan ölənlərin sayı dekabr ayından bəri kəskin şəkildə artıb.
Bu barədə çərşənbə günü "TASS"ın statistik məlumatlarında deyilir.
Məlumata əsasən, dekabrdan bəri Yaponiyada koronavirusdan 10 mindən çox ölüm halı qeydə alınıb.
Yaponiyada pandemiyanın bütün dövrü ərzində təxminən 60 min insan koronavirusdan dünyasını dəyişib. Bununla belə, dekabrın ortalarından bu günə qədər ölkə üzrə koronavirusa yoluxan insanlar arasında 10 minə yaxın ölüm halı qeydə alınıb. Yaponiya Səhiyyə Nazirliyinin məlumatına görə, ölüm hallarının sayında kəskin artım dekabrda olub (7622 ölüm halı), noyabrda isə 2,5 dəfə daha az (2985) ölüm halı təsdiqlənib.
Eyni zamanda, yanvarın ilk 10 günündə ölkə üzrə ən azı 3 145 koronavirusdan ölüm qeydə alınıb. Bu dinamikaya əsasən, ümumilikdə yanvar ayında ölənlərin sayı 10 min nəfəri keçə bilər.
Reytinq: