“Muğam axşamları” layihəsi şərçivəsində “Bayatı Kürd” və “Qatar” muğamları təqdim olunacaq12-01-2023, 09:50
Çap et ![]() Beynəlxalq Muğam Mərkəzi Azərbaycan milli musiqisinin təbliğinə həsr olunmuş bir neçə layihə həyata keçirir ki, onlardan biri də “Muğam axşamları” layihəsidir. Layihənin rəhbəri BMM-nin direktoru, Xalq artisti Murad Hüseynovdur. Muğam sənətimizin fəlsəfəsini gələcək nəsillərə çatdırmaq məqsədilə reallaşan layihəyə tamaşaçılar böyük maraq göstərir. Məlumat üçün nəzərinizə çatdıraq ki, “Muğam axşamları” layihəsi 2017-ci ildən həyata keçirilir. Layihənin beynəlxalq mətbuatda işıqlandırılmasında “Baku” jurnalının böyük rolu var. Bundan başqa, BMM və İctimai Radio arasında əməkdaşlıq sayəsində “Muğam axşamları” konsertləri radio dinləyiciləri üçün lentə alınır. Qeyd edək ki, Beynəlxalq Muğam Mərkəzi “Aşıq musiqisi axşamları”, “Vokal musiqi axşamları”, “Muğamat var olan yerdə”, “Unudulmayanlar” və digər layihələrini də musiqisevərlərə təqdim edir. İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az Reytinq:
|
Son xəbər
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|