Heqiqet.Az » siyaset » "Hazırda Azərbaycan və Çin əməkdaşlıgında səmərəli dövrdür"- Deputat


"Hazırda Azərbaycan və Çin əməkdaşlıgında səmərəli dövrdür"- Deputat

23-01-2023, 09:49
Çap et
“Azərbaycan Çinlə münasibətlərin inkişaf etdirilməsinə xüsusi önəm verir. Azərbaycan Respublikasının müstəqilliyini tanıyan ilk ölkələrdən biri Çin Xalq Respublikası olub. Prezident İlham Əliyev Davosda Çinin CGTN (China Global Television Network) televiziya kanalına müsahibəsində iki ölkə arasında münasibətlərin hazırkı səviyyəsini yüksək qiymətləndirdi”.
Milli Məclisin deputatı Aqil Məmmədov Turkustan.az-a açıqlamasında bildirib ki, çox önəmli məqamlara toxunmuşdur.
Prezident İlham Əliyev müsahibəsində bildirib ki, elektron və İnformasiya texnologiyaları sektorunu təmsil edən bir çox Çin şirkətləri Azərbaycanda uzun illərdir ki, fəaliyyət göstərir: “Dövlət başçısı müsahibəsində qeyd etdi ki, “Bir kəmər, bir yol” təşəbbüsü indi çox böyük coğrafiyanı əhatə edən, vaxtında irəli sürülmüş çox müdrik bir təşəbbüs idi. Azərbaycan bu təşəbbüsə ilk günlərdən fəal şəkildə qoşuldu və biz mövcud olmayan infrastruktura investisiya yatırmağa başladıq. Beləliklə, bu illər ərzində, daha dəqiq desək son 10 il ərzində biz Xəzər dənizində ən böyük ticarət limanlarından birini, bəlkə də ən böyüyünü inşa etdik. Onun yükaşırma qabiliyyəti 15 milyon tondur və biz onu 25 milyon tona qədər artıracağıq. Biz Xəzər dənizi ilə yükləri daşımaq üçün gəmiqayırma zavodunu inşa etdik”.
Prezident onu da əlavə edib ki, “Biz əsasən dəmir yolu infrastrukturuna investisiya yatırdıq və bunu təkcə Azərbaycanda yox, regionda da etdik. İndi isə biz bu dəmir yolunu Bakıdan qərb istiqamətində genişləndirmək üçün əlavə sərmayə yatırırıq. Biz bütün digər layihələri - avtomagistrallar, hava limanları kimi layihələri də həyata keçirmişik. Beləliklə, açıq dənizə çıxışı olmayan bir ölkə olan Azərbaycan beynəlxalq, logistik və nəqliyyat mərkəzinə çevrildi.
Bizim üçün bu, iqtisadiyyatımızı şaxələndirmək və neft-qaz gəlirlərindən asılılığımızı azaltmaq üçün əsas amillərdən biri idi. Deyə bilərəm ki, ötən il Azərbaycan ərazisindən tranzit daşımalar 75 faiz artıb”.
Millət vəkilinin sözlərinə görə İpək Yolunun tarixi ticarət marşrutları Çin, Yaponiya, Hindistan, Monqolustan, İran, Özbəkistan, Tacikistan, Azərbaycan və digər ölkələrdən keçmişdir: “Bu baxımdan, Çin və Azərbaycan arasında əlaqələr qədim tarixə malikdir. Azərbaycan və Çin münasibətləri müxtəlif sahələrdə durmadan inkişaf edir. Beynəlxalq Təşkilatlar çərçivəsində iki ölkə arasında ugurlu əməkdaşlıgın həyata kecirilməsi, iqtisadi, siyasi, mədəni əlaqələrin güclənməsinə zəmin yaradır. Hal-hazirda Azərbaycan və Çin mədəni əməkdaşlıgının səmərəli bir dövrü yaşanmaqdadır”.

Eltac Zülfüqaroğlu
Reytinq: