Heydər Əliyev öz xalqının mənafeyinin müdafiəsinə tam sadiq idi - Vayra Vike-Freyberqa23-01-2023, 06:54
Çap et ![]() Bu barədə Latviyanın sabiq prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin (NGIC) həmsədri Vayra Vike-Freyberqa Trend BİA və NGİC-in “Heydər Əliyev irsi” birgə layihəsi çərçivəsində deyib. "Latviya prezidenti vəzifəsində olduğum müddətdə Azərbaycan tarixinin bu görkəmli şəxsiyyəti ilə birbaşa şəxsi əlaqədə olmaq şərəfinə nail olanlardan biri də mən olmuşam. O, 1991-ci ilin dekabrında SSRİ-nin dağılmasından sonra öz dövlət müstəqilliyini əldə etmiş və ya yenidən bərpa etmiş bütün ölkələrin üzləşdiyi problemlərə dair öz dərin təhlilini sərbəst və səxavətlə bölüşən, həqiqətən də görkəmli şəxsiyyət idi", - deyə o bildirib. Vayra Vike-Freyberqa qeyd edib ki, Heydər Əliyev ölkəsinin müstəqillik, sabitlik, sosial ədalət, iqtisadi inkişaf, dini tolerantlıq və müasirlik yolu ilə sürətlə irəliləməkdən ibarət olan gələcəyinə dair baxışlara tam sadiq idi: "Heydər Əliyev öz ölkəsinə sarsılmaz məhəbbət bəsləyirdi və xalqının mənafeyinin müdafiəsinə tam sadiq idi. Bu, azərbaycanlıların gələcək nəsilləri üçün örnək almağa layiq bir mirasdır". Reytinq:
|
Son xəbər
|
Xəbər lenti
11:40
Goranboyda çayxana yanıbHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|