Heqiqet.Az » idman » Güləşçilərimiz Xorvatiyada keçiriləcək ilin ilk reytinq yarışına hazırlığı Bakıda keçirir


Güləşçilərimiz Xorvatiyada keçiriləcək ilin ilk reytinq yarışına hazırlığı Bakıda keçirir

24-01-2023, 09:46
Çap et
Güləş üzrə Azərbaycanın milli komandaları təlim-məşq toplanışını Bakıda keçirir.
Azərbaycan Güləş Federasiyasına istinadla xəbər verilir ki, sərbəst, qadın və yunan-Roma güləşi üzrə yığmalarımız Olimpiya Güləş Mərkəzində həftədə altı gün olmaqla hazırlıq prosesini davam etdirir. Yanvarın ilk yarısında əsasən fiziki hazırlıq üzrə məşqlərə üstünlük verilirdisə, hazırda daha çox taktiki-texniki çalışmalar ön plandadır. Təlim-məşq toplanışında İsveçrə, Moldova, Qazaxıstan və Polşanın sərbəst güləş üzrə milliləri də iştirak edir. Zədə və bu kimi səbəblərdən Leyla Qurbanova, Aydın Əhmədov, Rahid Həmidli və daha bir neçə güləşçi məşqlərdə iştirak etmir. Cərrahiyyə əməliyyatından sonra bərpa prosesi keçən Rafiq Hüseynov isə fərdi məşqlərlə kifayətlənir.
Qeyd edək ki, güləşçilərimiz üçün ilin ilk yarışı Xorvatiyada keçiriləcək birinci reytinq turniri olacaq.
Fevralın 1-dən 5-dək Zaqrebdə təşkil ediləcək beynəlxalq yarışda hər üç güləş növü üzrə yığmalarımız iştirak edəcək.
Reytinq: