Cüdoçularımız beynəlxalq turnirdən medalla qayıdırlar6-02-2023, 19:35
Çap et Azərbaycan Cüdo Federasiyasından verilən məlumata görə, cüdoçularımızdan Balabəy Ağayev (-60 kq) qızıl, Murad Fətiyev (-90 kq) gümüş, Zelim Kotsoyev (-100 kq) bürünc medal qazanıblar. Mükafatçılardan ikisi - Murad Fətiyev və Zelim Kotsoyev “Judo Club 2012” idman klubunun üzvləridir. Murad mübarizəyə 1/32 final mərhələsindən başlayıb və ardıcıl olaraq Aydar Arapovu (Qazaxıstan), Pol Kibikaini (Qabon), Loris Tassyeri (Fransa), Tiqo Renesi (Niderland) və Luka Maysuradzeni (Gürcüstan) məğlub edərək finala yüksəlib. O, yalnız həlledici görüşdə niderlandlı Noel Van Endə uduzaraq turnirdə ikinci yeri tutub. Zelim Kotsoyev isə 1/16 finalda dünya və Avropa çempionatının bürünc mükafatçısı Sedrik Olivara (Fransa), növbəti mərhələdə isə Mərt Şişmanlara (Türkiyə) qalib gəlsə də, 1/4 finalda Cəfər Kostoyevə (Birləşmiş Ərəb Əmirlikləri) məğlub olub. Lakin o, təsəlliverici görüşdə özbəkistanlı Musafferbek Turoboyev üzərində qələbə qazanaraq bürünc medal uğrunda mübarizə aparmaq imkanı əldə edib və belçikalı Toma Nikiforovla qarşılaşmada güclü olduğunu sübuta yetirib. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
